<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>530</hymn_number>
<title>Səslə, səsini eşidən var İL530</title>
<lyrics>[V1]
 Səslə, səsini eşidən var,
 İnan, səsinə səs verər.
 Sən dilə, dualarını,
 Ürəyinin sədalarını duyan var.

[C1]
   Günah qəlbinə yol tapsa əgər, bağışlayan var,
   Onun yaralı ayaqlarına çök, səni təmizləyib
   Sudan saf edənin var, səni sevən Xilaskarın var.

[V2]
 Səni əgər duymasalar,
 Yəqin bil, duyanın var.
 Həm sözünü, həm düşüncəni,
 Ürəyinin gizli sirini bilən var.

[C2]
   Ruhdan düşsən,qəlbən küssən, sənə qanad verən,
   Quş tək göylərə, asimana qaldıranın var.
   Hər dərddə, hər bəlada möhkəmlədib qoruyanın var.

[V3]
 Şübhə qəlbinə yol tapsa əgər,
 Sarsılmaz bir dayağın var.
 Ölüm ayağında olsan belə,
 Sənə yenidən həyat verən Allahın var.

[C3]
   Əgər yorğunsan, yolun çətinsə,sənə qüvvət verən,
   Həyəcanını, ağrılarını şəfalı əliylə sakitləşdirən,
   Sevənin var, mərhəmətli Allahın var.
   Bizə görə əzab çəkən Xilaskarımız, Rəbb İsamız var.</lyrics>
</song>